Kənd sakinləri bildiriblər ki, R.Əbdürrəhmanovun həmkəndlisi və qonşusu, 45 yaşlı Dövrüşov Ramizə 4 güllə vurub. Daha sonra o, R.Dövrüşovun evinə gələrək, onun həyat yoldaşı Cəvahir Dövrüşovanın başından 3 güllə vuraraq öldürüb.
R.Əbdürrəhmanov R.Dövrüşovun oğlu, 22 yaşlı Vəli Dövrüşovu da güllələməyə cəhd edib. Lakin V.Dövrüşov qaçaraq həyətdəki tövlədə gizlənib. R.Əbdürrəhmanov tövləyə qumbara atıb.
Yeni ailə qurmuş V.Dövrüşovun qara ciyəri qumbaranın qəlpələri ilə zədələnib, hər iki ayağı sınıb.
Marneuli rayon xəstəxanasında V.Dövrüşov üzərində cərrahiyyə əməliyyatı aparılıb, onun vəziyyəti orta ağır qiymətləndirilir.
V.Dövrüşovun həyat yoldaşı Nənəxanım Dövrüşova isə qaçdığı üçün R.Əbdürrəhmanovun gülləsinə tuş gəlməyib. R.Əbdürrəhmanov hadisə yerindən qaçıb. Hazırda Kvemo-Kartli bölgə polis idarəsinin əməkdaşları onunla bağlı axtarış tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, hadisə zamanı baş vermiş qumbara partlayışından qonşu evlər də zərər çəkib.
Hadisəni törədən Ramiq Əbdürrəhmanov öz şəxsi avtomobili ilə kənddə taksi sürücüsü kimi çalışıb, bir neçə uşağı bağçaya aparıb-gətirirmiş.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR