Azərbaycanın Göyçay şəhərində yanğın hadisəsi nəticəsində ata və iki övladı yanaraq ölüb.
Vətəninfo.az “Report”a istinadən xəbər verir ki, hadisə səhərə yaxın, saat 04:00 radələrində şəhərin Ziya Bünyadov küçəsində baş verib. Belə ki, Əhmədova Xəyalə Laçın qızına məxsus evdə onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, övladları - 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı və 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu yanaraq ölüb. X.Əhmədova isə yanğından xilas ola bilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları gəlib. Yanğın söndürülüb.
Hadisə nəticəsində ümumi ərazisi 70 kvadratmetr olan evin iki otağı tamamilə yanıb.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR