Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib.
Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, vida mərasimində baş
nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr
müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz
Əlizadə, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Nazir Əbülfəs Qarayev vida mərasimində bildirib ki, H. Əliyevin simasında Azərbaycan mədəniyyəti böyük musiqi xadimini itirib.
Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə Habil Əliyevin Azərbaycan ifaçılıq
sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi
dəyərləndirib.
Xalq artistləri Siyavuş Kərimi, Canəli Əkbərov,
Arif Babayev və başqaları da Habil Əliyev haqqında xatirələrini danışıb,
onun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd ediblər.
Ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.
H.Əliyev I Fəxri xiyabanda dəfn olunub.



Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
