Hacıqabulda qəza olub, yaralılar var
Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Xaçbulaq kəndi ərazisində ağır qəza olub.
Miq.Az xəbər verir ki, "Oka” markalı avtomobili idarə edən Şirvan sakini, 1984-cü il təvəllüdlü Ağayev Emil Nəriman oğlu avtomobili yolun kənarında saxlayaraq yola tökülmüş taxtaları götürmək istəyib.
Bu zaman Rəşad adlı sürücünün taksi kimi istifadə etdiyi "Daeewo” markalı avtomobil E. Ağayevi vurub, sonra da yoldan çıxaraq aşıb. Nəticədə E. Ağayev və "Daeewo” markalı avtomobilin sərnişini, 1979-cu il təvəllüdlü Həsənova Vəsilə ağır xəsarət alıb. Onların hər ikisi Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.(APA)
Miq.Az