Hadisə Cem Yılmazın evindən çıxdı
Müğənni Hadisə kirayə qaldığı aktyor Cem Yılmaza məxsus evdən çıxıb.
Dolların qalxması ilə
Hadisə məbləğin çoxluğundan şikayət edərək yeni ev axtarmağa
başlayıb. Hadisə həmin evi 2012-ci
ildə 5 min dollara kirayəyə götürüb.
Müğənni hazırda həmin istiqamətlərdə türk lirəsi ilə kirayə verilən ev axtarır.
Qeyd
edək ki, C.Yılmaz Ahu Yağtu ilə boşananda evi 2 yaşlı oğlu Kamala
hədiyyə etmişdi. O, böyüyənə qədər evin istifadəsindən anası cavabdeh
idi. Hadisə isə "bu evə çoxlu pul xərcləmişəm, qovsalar da getmərəm"
demişdi.
Axşam.az