"İctimai Televizyadakı debatlarda etdiyim çıxışlara görə, bir sıra məmurlar tərəfindən həyatım üçün böyük təhlükə yaranıb. Bu gün də belə məlumatlar mənə daxil olmaqdadır. Bu kimi halların qarşısını almaqdan ötrü tədbirlər görürük”.
Bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev deyib.
O bildirib ki, bir sıra məmurlar var ki, onu ölümlə hədələyirlər.
"Məni ölümlə hədələyənlər narahat olmasınlar. Biz onlardan qorxan deyilik və onların bu xalqa etdiyi cinayətlərin hamısını açıb ortaya qoyacağıq. Həmçinin, müəyyən tədbirlər də görəcəyik. Bizi qorxutmaqla yolumuzdan döndərmək mümkün deyil. Bu gün mənə böyük təzyiqlər var və onlara hələ ki dözürəm”.
Hafiz Hacıyev onu ölümlə hədələyən məmurların kimliyinin açıqlamaq istəməyib.
"Mən istəmirəm ki, onların adlarını deyim. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Onlar elə düşünməsinlər ki, milyardları var və məni istənilən vaxt öldürə bilərlər”.
Hafiz Hacıyev İTV-dəki debatda bir neçə məmur barədə sərt fikirlər səsələndirib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?