Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu almaq niyyətindədir. Məlumata görə, Fransanın “Lans”ın klubunun sahibkarlarından və İspaniyanın “Atletiko” klubunun investorlarından biri olan Məmmədov İngiltərə bazarına yiyələnmək qərarına gəlib. “Şeffild Uensdey - İngiltərənin ən qədim klublarından biridir. Klub 1867-ci ildə yaradılıb və 1889-cu ildə yaradılmış futbol birliyinin təsisçilərindən biri və ilk çempionu olub. “Bayquşlar” son dəfə premyer-liqada 2000-ci ildə oynayıblar. Sonra isə Çempionşip və birinci liqada oynayıblar. Ötən mövsümdə isə onlar Çempionşipdə 16-cı pillədə qərarlaşıblar.
Klubun sahibi Milan Mandariç aksiyalar paketini 50 milyon avroya satmağın əleyhinə deyil və Məmmədov bu alqı-satqıya ən əsas namizədlərdən biridir. Ancaq Fransa KİV-nin məlumatına görə, bu saziş, Məmmədovun “Lans” investisiyalarına heç bir təsir göstərməyəcək. Klub Liqa 1-ə qayıdıb və avrokuboklara düşmək uğrunda mübarizə aparmaq niyyətindədir”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR