Azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun Fransanın tanınmış “Lans” klubunun səhmlərini alması rəsmiləşib.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə Virtualaz.org xarici mətbuata istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, bununla bağlı H.Məmmədovla “Lans”ın prezidenti Jerve Martel arasında sponsorluq müqaviləsi imzalanıb. Anlaşmanın detalları barədə hələlik məlumat verilməsə də azərbaycanlı biznesmenin Fransa klubunun sahibi olduğu dəqiqdir. Azərbaycan tərəfinin müqavilədə nəzərdə tutulan vəsaiti klubun hesabına gələn həftə köçürəcəyi bildirilir.
“Lans”ın qarşıdakı mövsümdə əsas hədəfi yenidən elitaya qayıtmaq olacaq. Fransa klubu maliyyə problemləri ilə əlaqədar II liqadan III liqaya göndərilib. Komandanın maliiyə durumu qaydasına düşdüyündən “Lans”ın yenidən II liqaya qaytarılacağı gözlənilir. 2013/14 mövsümündə “Lans”ın büdcəsinin 12 milyon avroya çatdırılması nəzərdə tutulub. Bu isə komandanın yenidən II liqada çıxış etməsi üçün yetərlidir.
Qeyd edək ki, Lans şəhərinin eyniadlı klubu böyük tarixə malikdir. 1997/98 mövsümündə ölkə çempionu olan komanda dəfələrlə mükafatçılar sırasına düşüb. İki dəfə İntertoto kubokuna yiyələnən klub 1999/2000 mövsümüdə UEFA kubokunun yarımfinalına qədər yüksəlib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR