Teleaparıcı Xoşqədəm Hidayətqızının ötən gün “Sən tək deyilsən” proqramında səhhətinin pisləşməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Şəbəkə istifadəçiləri teleaparıcının reytinq xətrinə oyun qurduğunu qeyd ediblər.
Səsləndirilən fikirlərə münasibət bildirən teleaparıcı qeyd edib ki, artıq bir ildir səhhətində problem var:
“Hər kəs qarşısındakını özü kimi bilir. Ona görə düşünürlər ki, reytinq xətrinə verilişdə halım pisləşib. Kim nə istəyir düşünsün. Allah mənə yaxşı günlər qismət etsin. O cür düşünənlərə də həmin anları yaşatsın. Artıq heç nə deyə bilmərəm. Fikirlərində, sözlərində azaddırlar. Verilişdə həqiqətən halım pis oldu. Mənim Əfqanıstana səfərim var idi, iki gün öncə bu haqda açıqlama vermişdim. Həkimlər təyyarəyə minməyə icazə vermədiyi üçün səfərimi təxirə saldım. “Axtarıram səni” verilişi üçün 2-3 gün vaxtım var idi ki, səfərimi reallaşdırım. Bu səfər mənim üçün vacib idi, ən önəmli səfərim təxirə düşüb. Bir ildir səhhətimdə problem var, həkimlər çox əsəbləşməməyi, çox işləməməyi tapşırıblar. Mən nəinki həkimlərin məsləhətinə qulaq asıram, yazdıqları dərmanları da qəbul etmirəm, sağlamlığımı düşünmürəm. Mənim proqramım pozuldu, çəkilişlərim alt-üst oldu”.
Hidayətqızı Zaur Baxşəliyevin təqdim etdiyi “Aramızda qalsın” verilişində müğənni Rəqsanə İsmayılovanın özündən getməsinə münasibət bildirmək istəməyib və müğənniyə Allahdan şəfa diləyib.
“Qafqazinfo”
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?