“Neftçi”də daha bir futbolçu intizamsızlığa yol verdiyi üçün əsas komandadan uzaqlaşdırılıb. Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, Topaz Premyer Liqasının XXXII turunda “Sumqayıt”la keçirilən oyunda baş məşqçi Arif Əsədova cavab qaytaran Elvin Yunuszadə əvəzedici heyətə göndərilib.
Rəqibin vurduğu qolda səhvə yol verən millimizin müdafiəçisi baş məşqçinin iradı ilə razılaşmayıb, ona sərt şəkildə cavab qaytarıb.
Məsələ ilə bağlı Arif Əsədovla əlaqə saxlasaq da, o, buna münasibət bildirməkdən boyun qaçırıb: “Mən hər şeyi mətbuat xidmətinin rəhbərinə demişəm. Zəng vurun, səbəbini ondan soruşun”.
Əsədov “hər şeyi mətbuat xidmətinin rəhbərinə demişəm” söyləsə də, klubda bu vəzifəni yerinə yetirən Gündüz Abbaszadə hadisə ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib: “Hazırda klubun bazasında deyiləm. İşə gedəndən sonra dəqiq öyrənib, sizə deyərəm”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR