İcra başçısının oğlu gecə klubunda dava salıb

İcra başçısının oğlu gecə klubunda dava salıb

İçkili vəziyyətdə olan Şəhriyar Hüseynovu mühafizəçilər və klubun rəhbərliyi güclə sakitləşdirib.

Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Masallının icra başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynov mütəmadi olaraq Bakının aparıcı gecə klublarına baş çəkir və orada əylənir.

Arqument.az xəbər verir ki, oğul Hüseynovun hətta gecə klublarından birində çılpaq qızların əhatəsində fotoları da yayılmışdı. İddia edilirdi ki, icra başçısının oğlu hər gün ətrafında bir neçə qızla klubları gəzir və hər dəfəsində 3-4 min manat hesab verir.

Dünən isə bununla bağlı daha bir maraqlı məlumat yayılıb. Arqument.az-a daxil olan məlumatlarda vurğulanır ki, Şəhriyar Hüseynov təkcə əylənmir, həmçinin arada-sırada dava da salır.

Məlumatı verən mənbə iddia edir ki, bir müddət əvvəl icra başçısının oğlu Yasamal rayonu ərazisində yerləşən gecə klublarından birində dava-dalaş salıb. İçkili vəziyyətdə yanından keçən şəxsin hərəkətlərindən xoşlanmayan oğul Hüseynov, çöldə onun qarşısını kəsərək dava salıb.

Aranı sakitləşdirmək istəyən mühafizəçilərə də əl qaldıran Şəhriyar Hüseynovu güclə sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, hadisənin baş verdiyi məkanın adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.

Yazıda adıçəilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az