İcra nümayəndəliyinin binasını yardılar

İcra nümayəndəliyinin binasını yardılar

Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib.
 
Report-un məlumatına görə, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb.
 
Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrafon və kamera oğurlayıblar.
 
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəlaiyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.
 
Faktla bağlı araşdırmalara başlanılıb.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az