"Prezident mənə çox yaxşılıqlar edib. Onun köməyini heç vaxt unuda bilmərəm”
Bu barədə xalq şairi Fikrət Qoca Azərbaycan prezidenti İlham Əliyevin onu 80 illik yubileyi münasibətilə təbrik etməsi ilə bağlı təəssüratlarını azvision.az-a bölüşərkən deyib.
Xalq şairinin sözlərinə görə, prezident İlham Əliyev onu ölümdən xilas edib: "Bu, mənim ən böyük mükafatımdır. Cənab prezident çox sağ olsun, məni müalicəyə göndərdi. Hələ üstəlik orden də verdi. Bundan böyük hədiyyə olarmı? Mən həmişə onlardan diqqət, qayğı görmüşəm.
Bundan əlavə deyim ki, ümummilli liderimiz mənə "Şöhrət” ordeni verib. Allah ona rəhmət eləsin. İlham Əliyev də gələndən mənə ev verib, müalicəyə göndərib. Həmişə mənə qiymət verib. Yalnız təşəkkür edirəm. Başqa söz tapa bilmirəm”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Fikrət Qocanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bundan başqa İlham Əliyev xalq şairini 80 illik yubileyi münasibətilə şəxsən təbrik edib.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”