Mayın 19-da Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.
İlk yarımfinalı Konçita Vürst təxəllüsü ilə məşhur olan, ötən ilki yarışmanın qalibi Tomas Noyvirt açıb.
Yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış edib. Səsvermədən sonra Belçika, Yunanıstan, Estoniya, Serbiya, Ermənistan, Macarıstan, Rusiya, Albaniya, Rumıniya və Gürcüstan final mərhələsinə keçib.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.
Vyanada keçiriləcək “Eurivision 2015”də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.
İkinci yarımfinal mayın 21-də, final isə mayın 23-də keçiriləcək.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR