İran uğrunda döyüşməyə hazırıq - Çeçen komandir

İran uğrunda döyüşməyə hazırıq - Çeçen komandir
Yaxın Şərqdəki vəziyyəti şərh edən "Əhməd” Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Apti Alaudinov İrana dəstəyini bildirib.

Axar.az xəbər verir ki, Çeçenistan xüsusi təyinatlı qüvvələrinin komandiri bütün silahlarını İrana təhvil verməyə və özü İslam Respublikası uğrunda döyüşməyə hazır olduğunu açıqlayıb.

"Əgər ölkə rəhbərliyi belə qərar verərsə, mən mütləq bu gün belə Dəccal ordusunun quru hücumunu dəf etmək üçün onlara kömək etmək üçün ayağa qalxardım", - Alaudinov qeyd edib.

O, eləcə də xəbərdarlıq edib ki, ABŞ və İsrail İranı məhv etməkdə uğur qazanarsa, növbəti hədəf Rusiya ola bilər.

"Əvvəlcə ölkə daxilində mövqeyimizi möhkəmləndirməli və daha da birləşməliyik, çünki bilməliyik ki, növbəti biz olacağıq və bu, heç kim üçün yeni xəbər olmamalıdır", - deyə komandir bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az