İrandan şok iddia - helikopterlərlə...
"ABŞ-a baş ağrısı olacaq"
Terrorçular helikopterlərlə Əfqanıstana daşınırlar. İstiPress-in məlumatına görə, bu şok iddianın müəllifi İrandır. Parlamentin sədri Əli Larincaninin sözlərinə görə, ABŞ İŞİD terrorçularına münaqişə bölgəsindən qaçmağa kömək edir.
Laricani Avropa İttifaqının xarici işlər komissiyasının rəhbəri David McAllisterlə görüşündə ABŞ-ı bölgədə terroru dəstəkləməkdə ittiham edib.
"Əfqanıstandakı terrorizmin təməli də 30 il öncə ABŞ-ın Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) köməyi ilə Səudiyyə Ərəbistanı, Pakistan və Birləşmiş Ərəb Əmirliyinin köməyi ilə atılıb. ABŞ İŞİD döyüşçülərini helikopterlərlə Əfqanıstana daşıyıb".
Onun sözlərinə görə, bu terror təşkilatları gələcəkdə elə ABŞ-ın özünə baş ağrısı olacaq.
Xatırladaq ki, İranın Ali Dini lideri Əli Xamaneyi də bir neçə gün öncəki çıxışında Əfqanıstanda son zamanlar onlarla insanın ölümü ilə nəticələnən hücumların arxasında ABŞ-ın olduğunu demişdi. Eyni iddia ilə o da çxış edib".
Miq.Az