İrandan Xankəndiyə gələn TIR-larla bağlı - BƏYANAT

İrandan Xankəndiyə gələn TIR-larla bağlı - BƏYANAT

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi xüsusi bəyanatla çıxış edib.

Miq.Az xəbər verir ki, həmin bəyanat İrana məxsus maşınların Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə qanunsuz olaraq humanitar yardım daşıması barədə yayılan videoları təkzib edən mətndən ibarətdir.

"Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır:

Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.

İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır", - bəyanatda bildirilib.

Qeyd edək ki, sosial mediada və ölkə saytlarında Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı videolar yayılıb. İddia olunur ki, həmin videolarda görüntülənən maşınların nömrələri İrana məxsusdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az