Azərbaycanın İranla sərhəd ərazisində cinayətkar qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsinin əməkdaşları Nazirliyin Xüsusi Təyinatlı Polis Qüvvələri cəlb edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvlərini müəyyən edərək zərərsizləşdiriblər.

Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Rəvan Rüstəmov, İqrar Mirzəyev, Ələddin Məmmədov, Akif Nuriyev, Gülxan Əliyev və Abuzər Əhədovdan ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Baxış zamanı onlardan və yaşadıqları evlərdən ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 1,4 kiloqram tiryək, 703 qram heroin, 474 qramdan çox həşiş qətranı, 100,38 qram amfetaminlər qrupuna daxil olan metilamfetamin, 7 patronu ilə birlikdə 1 "Naqan" tipli tapança, 98 gülləsi ilə birlikdə 1 pnevmatik tapança, elektron tərəzi və 1 maska aşkar edilərək götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR