İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor

İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
Ermənistan və Azərbaycan arasında sülh sazişi ilin sonuna qədər imzalanmayacaq. Daha vacibi isə odur ki, hərbi əməliyyat təhlükəsi mövcuddur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan erməni professor Arman Qriqoryan Zəngəzur dəhlizi haqda danışarkən qeyd edib.

"Sülh danışıqlarında irəliləyiş yoxdursa, eskalasiya riski böyükdür. Hər dəfə hansısa məsələ ilə bağlı fikir ayrılığı ortaya çıxanda, Ermənistan tərəfdən qarşıdurma olur, əlbəttə, Azərbaycan isə güc təzyiqinə qaçır. Şayiələr dolaşır ki, sərhəddə gərginlik Zəngəzur dəhlizi ilə bağlıdır – Ermənistan müqavimət göstərir, onlar isə Zəngəzur dəhlizinin açılması ilə Laçın dəhlizinin qorunub saxlanılması arasında bərabərlik işarəsi qoyurlar.

Belə bir şayiə də gəzir ki, Azərbaycan Laçın dəhlizini bağlamaq və Zəngəzur dəhlizi mövzusunda sövdələşməyə başlamaq istəyir. Ermənistanın müqavimətini qırmaq üçün onlar (Azərbaycan – red.) hərbi əməliyyat da keçirə bilərlər ki, İrəvan Bakının tələbini qəbul etsin”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az