İrəvan-Moskva təyyarəsində bomba həyəcanı

İrəvan-Moskva təyyarəsində bomba həyəcanı

Məktub elektron poçt vasitəsilə göndərilib.

Ermənistanın hüquq-mühafizə orqanları İrəvan-Moskva təyyarəsinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır. 

 RİA Novosti-yə istinadən verilən xəbərə görə, bu barədə Ermənistanın polisinin mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan məlumat verib.

Daha əvvəl Yerevanın "Zvartnots” hava limanına çoxlu sayda polis, Milli Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gəlib. Belə ki, hüquq-mühafizə orqanlarına Yerevandan Moskvaya uçacaq təyyarəyə bomba qoyulması barədə məlumat daxil olub. Məktub elektron poçt vasitəsilə göndərilib.

Hava limanının sözçüsü Gevorq Abramyan hazırda aeroportda vəziyyətin sakit olduğunu bildirib: 

"Hər şey yaxşıdır, panika yoxdur. Aeroport binasının girişində həmişə olduğu kimi iki polis avtomobili növbə çəkir”. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az