İŞ ADAMI GÜLLƏLƏNDİ-VİDEO

İŞ ADAMI GÜLLƏLƏNDİ-VİDEO
 
 Son illər Rusiyada və digər respublikalarda azərbaycanlı iş adamlarının güllələnməsi hadisələri baş verdikcə, az-çox əksər mətləblərdən xəbər tuta bilirik. Düzdür, baş verən güllələnmə hadisələrinin çoxu hansısa maraqların təminatı əsasında baş verir. Bu gün səhər saatlarında azərbaycanlı iş adamı İbrahimov Firuz İbrahim oğlunun Dnepropetrovskda sahibi olduğu "futbolnıy klub”un qarşısında güllələnməsi də, diqqəti cəlb edən hadisələrdəndir. Bu yöndə apardığımız araşdırmalar zamanı az-çox məlumat əldə etmişik ki, iş adamının güllələnməsi sifariş əsasında baş tutub və xoşbəxtlikdən o, bədən xəsarəti almasa da, idarə etdiyi AUDİ-8 markalı, dövlət nömrə nişanı AA-9309-HH olan avtomobilinə xeyli ziyan dəyib. Sifarişi verən şəxsin Azərbaycanda iri ranqlı vəzifə sahibi olan şəxslərlə əlaqədə olduğu da, daxil olan informasiyalar sırasındadır.
  
Onu da qeyd edək ki, Firuz İbrahimov üz-üzə qaldığı problemlərlə bağlı iki gün bundan öncə mətbuat konfransı keçirmiş və sensasion açıqlamalarla da çıxış etmişdir.
Bu yöndə araşdırmalarımızı davam etdirib "Gündəm Xəbər” qəzetinin 07 oktyabr 2016-cı il tarixli sayında geniş açıqlamalarla çıxış edəcəyik. O halda geniş ictimaiyyət biləcək ki, Firuz İbrahimovun sifarişini verən digər azərbaycanlı iş adamının, hansı Azərbaycanda hansı vəzifə sahibləri ilə bağlılığı var./GundemXeber.az/
Video çəklişləri  oxuculara təqdim edirik.
[video=http:// ]
 [video=http://

 Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az