İŞİD hədələyir: Avropanın bütün aeroportlarında terrorçuların əlaltıları yerləşdirilib

İŞİD hədələyir: Avropanın bütün aeroportlarında terrorçuların əlaltıları yerləşdirilib
Terrorçular praktiki olaraq Avropa İttifaqının bütün aeroportlarında öz əlaltılarını yerləşdiriblər. Bunu ABŞ radiostansiyasına müsahibəsində İŞİD liderlərindən biri olan Əbu əl-Ənsari bildirib.

Miq.az AzərTac-a istinadən xəbər verir ki, Əbu əl-Ənsari İŞİD-in adamlarının hətta Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini təsdiqləyib.

Bir qədər əvvəl KİV-də məlumat yayılmışdı ki, terrorçu-kamikadze Bakrui qardaşları vaxtilə Brüssel aeroportunda xidmətçi işləyiblər. Yunanıstan mediası isə polis idarəsindəki mənbəyə əsaslanaraq bildirmişdi ki, terrorçularda Brüssel aeroportunun müfəssəl planı çoxdan olub. Həmin plan bir il əvvəl Paris hücumunun təşkilatçısı Abaudun Afinada qaldığı mənzildə aşkarlanmışdı.

Belçika polisi niyə həmin məlumatları nəzərə almayıb? Prokurorluq hazırda bunu aydınlaşdırır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az