İŞİD-in qorxduğu başına gəldi - Zirehli texnika hərəkət edir...

İŞİD-in qorxduğu başına gəldi - Zirehli texnika hərəkət edir...
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Əl-Bab şəhərində İŞİD terrorçularına qarşı apardığı hava əməliyyatlarını müvəqqəti dayandırıb.

ATV.az-ın məlumatına görə, Türkiyənin hərbi mənbələrinin açıqlamasında qeyd olunur ki, hava əməliyyatlarının dayanmasına bölgəni təsiri altına alan qeyri-sabit hava şəraiti səbəb olub. İki gün əvvəl dayandırılan aviahücumların yaxın günlərdə bərpa ediləcəyi gözlənilir.

Quru əməliyyatları isə davam etdirilir. Türkiyə ordusunun Əl-Bab şəhəri ətrafına əlavə zirehli texnika cəlb etdiyi müşahidə olunur. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az