İŞİD peyk antenalarını məhv etmək göstərişi verdi

İŞİD peyk antenalarını məhv etmək göstərişi verdi

İŞİD rəhbərliyi Raqqa və Mosulda peyk antenaları ilə mübarizə kampaniyası elan edib.

Avropa.info xəbər verir ki, peyk antenalarının yığışdırılması aviazərbələrlə bağlı yaranan qorxudandır. İŞİD hətta bu məqsədlə əhali üçün videoçarx da hazırlayıb. Videoda izah edilir ki, düşmən peyk antenalardan gələn dalğa ilə hədəfləri müəyyən edir. Antenaların məhvi ilə bağlı əhaliyə vərəqələr paylanılıb.

Antenalardan əlavə İŞİD televizor və videomaqnitofonları da məhv edir. Antenaların məhvi edilməsi üçün Ramazan ayının başlanmasınadək vaxt qoyulub.

Peyk antenalarının məhvi ilə bağlı qərarı son zamanlar İŞİD komandirlərinin ard-arda öldürülməsi ajiotajı ilə izah edirlər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az