İŞİD terrorçuları Ermənistanda
ABŞ-dan səslənən böyük narahatlıq
Ermənistan Silahlı Qüvvələri İŞİD terrorçuları kimi fəaliyyət göstərir.
Amerika beynəlxalq münasibətlər eksperti Peter Tase rəsmi İrəvanın əməllərinə belə qiymət verib.
Politoloq bildirib ki, iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətli dərhal və qəti qınanmalı dəhşətli zorakılıq aktıdır:
"Dünya bu dəhşətli cinayətə gözlərini bağlamamalıdır. 1992-ci ilin fevral ayının sonunda Xocalıda uşaqların, qadınların və qocaların qanlı qırğınını təşkil etmiş İrəvan rəhbərliyi bunu da etdi”.
Amerikalı ekspert dinc azərbaycanlı kəndinin atəşə tutulmasını İŞİD terror təşkilatı tərəfindən Suriya və İraqda törədilmiş dəhşətli qətllərə bənzədib. Ekspert bu məsələdə Avropa Birliyi və ATƏT rəhbərliklərinin, ABŞ Dövlət Departamentinin fəaliyyətsizliyini sərt tənqid edib.
"Zaman göstərir ki, Qərb önəmli və konkret qərarlar vermədikcə erməni tərəfinin terror aktları getdikcə daha dəhşətli şəkil alır. Rəsmi İrəvan isə bu cinayəti yalnız dəstəkləyir”,- deyə Peter Tase vurğulayıb. //İstipress.com
Miq.az