İsmayıllıda DƏHŞƏT: Qız anasını uçurumdan atdı

İsmayıllıda DƏHŞƏT: Qız anasını uçurumdan atdı

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə yaşanıb.

Yerli sakinlərin Publika.az-a verdiyi məlumata görə, Gülzadə Həmzəyov adlı qız anası Şükufə Həmzəyovanı uçurumdan atıb. Məlumata görə, ana ilə qız uzun müddət imiş ki, yola getmirmişlər. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyov anası 70 yaşlı Şükufə Həmzəyovu kəndin yaxınlığındakı uçuruma gətrərək oradan aşağı atıb.

Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadının dadına kənd sakinləri çatıb. Onlar Ş.Həmzəyovu xilas edərək evə gətirərək, polisi hadisə ilə bağlı məlumatlandırıblar. Hələ ki, polisin gəlməsini gözləyirlər. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.
Qeyd edək ki, Şükufə Həmzəyovanın ruhi xəstə olduğu bildirilir. O, bir neçə gün öncə Bakıda ruhi müalicə alaraq İsmayıllıya qayıdıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az