İsrail həkimləri Ermənistanda saxta diplomlar alırlar
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar
İsrail vətəndaşları Ermənistanda saxta tibbi diölom ala bilərlər. İstiPress-in məlumatına görə, bu məsələnin araşdırılması məqsədilə İsrailin Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib.
İsrailin "The Marker” nəşri yazır ki, öz ölkələrində təhsillərini davam etdirə bilməyən bəzi ərəb tələbələr Ermənistan universitetlərinə müraciət edirlər və oradan saxta diplomlar alırlar.
"Ermənistanda təhsil alan İsrail vətəndaşları imtahanları rüşvət verərək keçirlər. Onlar hətta bu yolla diplomlarını da alırlar. Diplom onlara 10 min dollara başa gəlir”, - deyə qəzet yazır.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.
Miq.az