İsrail hərbçiləri 19 yaşlı fələstinlini güllələyiblər

İsrail hərbçiləri 19 yaşlı fələstinlini güllələyiblər

Rəmallah şəhərinin (İordan çayının Qərb Sahili) Beyt-Rim qəsəbəsində İsrail hərbçiləri ilə toqquşma zamanı gənc fələstinli ölüb.

"Report" xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

İnsident dekabrın 18-də baş verib. Toqquşma zamanı 19 yaşlı Əhməd Hazam Atta sinəsindən güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

"Reuters" yəhudi dövləti hərbçilərinin nümayəndəsinə istinadən xəbər verir ki, 50 nəfər fələstinlidən ibarət bir qrup İsrail hərbçilərini daşa basıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az