İstanbulda restorana silahlı hücum: yaralananlar var
Silahlı insidenti törədənlər hələ axtarılır
İstanbulun Fatih rayonunda silahlı hücum olub. Balat bölgəsində bir restorana təşkil edilən silahlı hücumda 2 nəfərin yaralandığı deyilir. İstiPress-in "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, Hisaraltı prospektindəki bir restorana 34 ZB 0674 nömrəli ağ avtomobillə gələn naməlum şəxs və ya şəxslər odlu silahlardan atəş açıb.
Nəticədə restoranın qarşısında olan bir qadın və restoranın sahibi Osman Yılmaz yaralanıb. Sinəsindən vurulan qadının vəziyyətinin ağır olduğu bildirilir. Silahlı hücum zamanı qarşı istiqamətdən gələn bir avtomobil də güllələrin hədəfi olub. Ancaq burada xəsarət alan olmayıb. Yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Silahlı insidentin təfərrüatları ilə bağlı ətraflı məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır.
Miq.Az