İtaliyanın Paestum şəhərində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Arxeoloji park ərazisində XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda rəsmi qonaq ölkə qismində iştirak edən Azərbaycana məxsus pavilyonun açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, açılışda mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev, UNESCO baş direktorunun xüsusi müşaviri və ərəb ölkələri üzə Regional Dünya İrs Mərkəzinin direktoru Munir Buşenaki, İtaliyanın mədəni irs və fəaliyyətlər nazirinin müavini Antonia Pasqua Reçia və digər şəxslər iştirak ediblər.
Yarmarkada “Orta əsr Ağsu şəhəri”, “Orta əsr Şəmkir şəhəri”, “Azərbaycan arxeologiyası” adlı ingilis və italyan dillərində almanax, “Azərbaycanın mədəni və təbii irsi fotolarda” albomu, Azərbaycanın mövcud turizm imkanlarını əks etdirən 20-dən artıq çeşiddə çap məhsulu və başqa materialları paylanılıb.
Yarmarka çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının təqdimatı da baş tutacaq.
Azərbaycan pavilyonunda quraşdırılmış kinoteatrda həmçinin italyan və ingilis dillərində “Azərbaycan odlar yurdu” filminin, Azərbaycan irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplərin nümayişi planlaşdırılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR