Bu ilin iyul ayında Ukraynanın Xerson şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor fəalı Təbriz Ələkbərovun öldürüldüyü məlum olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə APA-ya Xerson vilayəti Azərbaycanlıları Konqresindən məlumat verilib. Konqresdən bildirilib ki, bu ilin avqust ayında həmin şəhərdə öldürülən vilayət Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qatilləri tutulub.
İ. Tağıyevin qətlində günahkar bilinərək saxlanılan iki erməni T. Ələkbərovu da öldüyünü etiraf edib.
Saxlanılan ermənilərin kimliyini Xerson şəhər milisi hələlik açıqlamır. Milisdən bildirilib ki, onlar cinayətdə əli olan üçüncü şəxsi axtarırlar. Həmin şəxs tutulandan sonra adlar açıqlanacaq.
Qeyd edək ki, Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu bu il iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda son telefon əlaqəsindən sonra yoxa çıxmışdı.
İ. Tağıyev isə avqustun 17-də evinin qarşısında döyülərək öldürülüb.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”