Teleaparıcı Kamran Həsənli ANS telekanalından ayrılması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, "Qafqazinfo”ya açıqlamasında teleaparıcı bildirib ki, yayılan məlumatlar əsassızdır:
"Axşam-axşam” verilişinin bağlanması xəbəri doğrudur. Lakin ANS-də fəaliyyətimi davam etdirirəm. Bu cür xəbərləri kim yayır, bilmirəm. Hazırda müzakirələr aparılır. Ya bir müddət sonra "Axşam-axşam” verilişi yayımlanmağa davam edəcək, ya da yeni proqramla efirə qayıdacağam. Böyük ehtimalla yeni veriliş təqdim edəcəyəm".
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov
aznews.az-a açıqlamasında deyib ki, kanal rəhbərliyi gözlənilən reytinqi
yığa bilmədiyi üçün verilişin bağlanılmasına qərar verib:
"Proqrama baxan yox idi. Bu səbəbdən verilişin reytinqi çox aşağı idi. Verilişin bağlanılma qərarı da bununla bağlıdır”.
Qeyd edək ki, "Axşam-axşam” Kamran Həsənlinin ANS telekanalında apardığı üçüncü veriliş idi. Bundan öncə isə o, "Günəbaxan” və "Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL