Keçmiş qayınanasını döyüb, onun oğlunu bıçaqlayan şəxsə 8 il həbs cəzası verildi - (FOTO)

Keçmiş qayınanasını döyüb, onun oğlunu bıçaqlayan şəxsə 8 il həbs cəzası verildi - (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Rövşən Əhədovun (1985-ci il təv.) 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Miq.az-ın məlumatına görə, bu il aprelin 12-də Suraxanı RPİ 30-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, ayın 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirən Rövşən Əhədov saxlanılıb. İş üzrə dindirilən şəxs bildirib ki, həmin gün övladlarını görmək üçün keçmiş qayınanasının evinə gəlib. Lakin Həsənova onu evə buraxmayıb, bu səbəbdən aralarına mübahisə yaranıb. Qeyd edək ki, hadisədən sonra zərərçəkənlərə 3 saylı kliniki xəstəxanada tibbi yardım göstərilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az