Kəlbəcərdə göldə boğularaq ölən zabitlə vida mərasimi keçirilir

Kəlbəcərdə göldə boğularaq ölən zabitlə vida mərasimi keçirilir

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az