Bir neçə gün əvvəl qəflətən dünyasını dəyişən, BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlunun ölümü dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.
Vətəninfo.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, gənc şeyxin ölümü ilə bağlı bir çox ölkənin liderləri başsağlığı mesajları yayıblar. Bildiyimiz kimi, şeyx və varisi dəfələrlə Azərbaycanda rəsmi və qeyri-rəsmi səfərlərdə olublar. Onların Azərbaycanın yüksək çinli məmurları ilə dostluq münasibətləri olub. Elə şeyxin qəfil ölümündən sonra da Azərbaycandan dəfn mərasimində kimin iştirak edəcəyi maraq doğururdu.
Saytın əldə etdiyi məlumata görə, BƏƏ-yə bu mərasimdə iştirak etmək üçün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən iştirak edib. Nazir dəfn mərasiminə qatılaraq dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunu şeyxin ailəsinə çatdırıb.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL