Kerri ilə Lavrov razılığa gəlmədi
Qətərin paytaxtı Dohada keçirilən "Üç”lərin görüşündə Suriya böhranı ilə bağlı razılıq əldə olunmayıb.
Vətəninfo.az-ın məlumatına görə, Axar.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüşdə ABŞ Dövlət katibi Con Kerri, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adel əl Cubeyra iştirak ediblər.
Görüşdə əsas müzakirə mövzusu Suriya Prezidenti Bəşər Əsədin bundan sonrakı taleyi olub.
Danışıqlar zamanı Rusiya tərəfi ABŞ-ı Suriya müxalifətini qorumaqda ittiham edib. ABŞ-ın Əsəd ordusuna aviazərbələr endirməsindən narazılıq ifadə olunub.