Kirayə mənzil bazarında qiymətlər bahalaşacaq
"Hazırda artım müşahidə edilir”.
Hazırda Bakıda kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir.
Bu barədə "MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Onun
sözlərinə görə, əvvəlki illərin təcrübəsinə istinad etsək, bu mövsümdə
də kirayə mənzil bazarında 5-6% artım müşahidə ediləcək.
Neftin
ucuzlaşmasının əmlak bazarına təsirindən danışan N.İbrahimov bildirib
ki, ucuzlaşma əmlak bazarına 6-8 aydan sonra öz təsirini göstərir:
"Neftin
qiyməti ucuzlaşmağa başlayırsa, bu 6-8 ay sonra daşınmaz əmlakın
qiymətində öz təsirini göstərir. Yəni, 6-8 ay gecikmə ilə. Mənzil bazarı
ilə neft bir-biri ilə sıx bağlıdır”.
"Neft
ölkələrinə neftin qiymətinin 2 dəfə enməsi
daşınmaz əmlak qiymətinin
20-30% azalmasına gətirib çıxarır. Qeyri-neft ölkələrində isə 5-10%
enmələr müşahidə olunur”- deyə, İbrahimov əlavə edib.
Moderator.az