Kremldən İrəvana sillə

Kremldən İrəvana  sillə
Ermənilər narahatdır: "Bu Rusiyanın xoşuna gəlməyəcək"

"Ermənistan parlamentinin iclasında səlahiyyətlərin bölünməsi prosesi davam edir. Parlament seçkilərindən xeyli vaxt keçsə də səlahiyyətlərin bölüşdürülməsi prosesində mövcud olan problemlər əhll edilməyib”.

İstiPress-in məlumatına görə, bu barədə "Jamanak” (Zaman) qəzeti yazır. Qəzetin yazdığına görə, hökumət kulislərində söhbət gəzir ki, tezliklə bir neçə təyinat olacaq.

"Bir neçə aya Ermənistanda siyasi çalar dəyişəcək. Yeni təyinatların da ölkəyə nə qədər fayda verib-verməyəcəyi sual altındadır. Ermənistan son 10 ildə Rusiyadan o qədər asılı vəziyyətə düşüb ki, parlamentdə avrointeqrasiya komissiyasının yaradılmasını ciddi addım saymaq olar. Təbii ki, bu Rusiyanın xoşuna gəlməyəcək. Ona görə də yaxın zamanlarda Kreml İrəvana hələlik yüngülvari sillə vuracaq”, - deyə erməni qəzet yazır.

Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəszilik orqanları ilə problemlərinin olduğu bildirilir. "Jamanak” qəzetinin yazdığına görə, Sarkisyan Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərində ciddi kadr islahatlarına başlayacaq.

Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin  50,93%-i iştirak edib.

Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, "Azad demokratlar” və "Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - "Yelk”, Ermənistan Milli Konqresi, "Ohanyan-Raffi-Oskanyan” və "Tsarukyan” blokları iştirak edib.

Sarkisyanın partiyası seçkilərdə qalib gəlsə də parlamentdə ciddi problemlər qalmaqdadır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az