Vətəninfo.az xəbər verir ki, Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, pley-offun son 5 oyunu ilə qrup mərhələsinin iştirakçıları bəlli olub. Azərbaycan azarkeşlərinin diqqəti Londona yönəlib. Qardaş Türkiyənin “Beşiktaş” klubu öz meydanında məğlub edə bilmədiyi “Arsenal”ın qonağı olub. İstanbul təmsilçisi səfərdə 0:1 hesabı ilə məğlub olaraq, turniri tərk edib.
“Qarabağ”ın qənimi “Zalsburq” və "Styaua" evdə qazandıqları üstünlüyü səfərdə qorumağa çalışsalar da, buna nail ola bilməyiblər. “Bayer” isə əksinə, rəqib meydanında qazandığı qələbədən sonra ev matçına rahat çıxib və böyük hesablı qələbə qazanıb. İspaniyada isə “Böyük beşlik” çempionatlarını təmsil edən iki komanda qarşılaşib. “Atletik” öz meydanında “Napoli”ni 3:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
“Malmö” (İsveç) - “Zalsburq” (Avstriya) - 3:0
Qollar: Rosenberg, 11; 84, Eriksson, 19
İlk oyun - 1:2
“Ludoqorets” (Bolqarıstan) - “Styaua” (Rumıniya) - 1:0
Qol: Vanderson, 90
Penaltilər: 6:5
İlk oyun - 0:1
“Arsenal” (İngiltərə) - “Beşiktaş” (Türkiyə) - 1:0
Qol: Sançes, 45
İlk oyun - 0:0
“Bayer” (Almaniya) - “Kopenhagen” (Danimarka) - 4:0
Qollar: Son, 2; Calhanoglu, 7; Kiessling, 31; 66
İlk oyun - 3:2
“Atletik” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1
Qollar: Aduriz, 61; 69 - Hamsik, 47; Gomez, 74
İlk oyun - 1:1
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR