“Laçın dəhlizində Azərbaycan postu qurulmayana qədər...” - Moskva və Paris nə etməyə çalışır?

“Laçın dəhlizində Azərbaycan postu qurulmayana qədər...” - Moskva və Paris nə etməyə çalışır?

"ATƏT Minsk qrupuna o halda icazə verilməlidir ki, Xankəndi, Xocavənd və Ağdərədə Azərbaycanın yurisdiskiyasının bərpa edilməsi üçün təkliflər irəli sürsün. Burada yaşayan ermənilərin Azərbaycanın tərkibinə reinteqarasiyası üçün real proqramlar həyata keçirsin”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə söyləyib.

O bildirib ki, hazırda 10 Noyabr birgə Bəyannaməsindən irəli gələn bir neçə bənd Rusiya tərəfindən həyata keçirilmir: "Bura silahlı erməni birləşmələrinin ləğvi və köçkün azərbaycanlıların Xankəndiyə qayıtması məsələsi aiddir. Bu bəndlər həyata keçirilməyənə və Laçın dəhlizində Azərbaycan postu qurulmayana qədər, Minsk qrupunun fəaliyyətə keçməsi əleymizədir. Rusiya və Fransa yaxşı bilir ki, bu mümkün olmayacaq və Azərbaycan heç vaxt ermənilərə status tanımayacaq”.

Politoloqun fikirincə, ümumiyyətlə Fransa ilə diplomatik əlaqələri kəsmək, iqtisadi əlaqələri dayandırmaq və Parisdən səfirimizi məsləhətləşmək üçün geri çağırmaq lazımdır: "Fransa Azərbaycana qarşı konkret şəkildə diplomatik və siyasi hücuma keçib və separtizmə açıq şəkildə dəstək verir. Ermənistan rəhbərliyi Fransa kimi özünü aparmır. Moskva və Paris birgə erməni separtizminin inkişafına stimul verməyə çalışır. Onalara ən yaxşı cavabı Türkiyə prezidenti Ərdoğanın Şuşaya səfərində hərbiçilərimizin iştirakı ilə parad keçirməklə vermək lazımdır”.

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az