Lavrov bu türk dövlətindən rəsmən üzr istədi

Lavrov bu türk dövlətindən rəsmən üzr istədi

Bəzi rusiyalı siyasətçilər Qazaxıstanın ünvanına provokativ bəyanatları diqqətləri özlərinə çəkmək üçün səsləndirirlər.

Miq.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın "Xəbər24” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın Qazaxıstana münasibətdə siyasətini müəyyənləşdirənlər belə bəyanatları heç vaxt səsləndirməyiblər və səsləndirməyəcəklər:

"Siyasətçilər öz karyeralarını müxtəlif cür qururlar. Bəzi siyasətçilər hansısa sensasiya dalınca qaçır. Bəziləri isə hesab edir ki, əgər onlar yumşaq desək, mübahisəli görünən məsələni kəskin şəkildə qoysalar, diqqətləri üzərlərinə çəkəcəklər. Nəticədə onları heç kim unutmayacaq. Bizdə deyirlər ki, yaxşı və pis olması vacib deyil, önəmli olan sənin haqqında qəzetdə yazmalarıdır. Rusiyanın Qazaxıstana münasibətdə siyasətini müəyyənləşdirənlər belə bəyanatlar heç vaxt səsləndirməyiblər və səsləndirməyəcəklər”.

Lavrov siyasətçilərin provokativ bəyanatlarının demokratik həyatın qaçılmaz parçası olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya Dumasının hakim Vahid Rusiya Partiyasından olan bəzi deputatları Qazaxıstan ərazilərinin bir qisminin Rusiya tərəfindən bu ölkəyə hədiyyə edildiyini bildirmişdilər. Bu, Qazaxıstanın kəskin etirazına səbəb olmuşdu.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az