Vətəninfo.az xəbər verir ki, Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 8-də saat 21.30 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində qeydə alınıb. Masallı rayonu istiqamətindən gələn “Kia Rio” markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan AZENKO şirkətinə məxsus “KamAZ” markalı, 90 JN 632 dövlət nömrə nişanlı avtokranla toqquşub. Güclü zərbə nəticəsində “Kia Rio” yanğına məruz qalıb, həmçinin onun sərnişinlərindən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər – Lənkəran şəhər sakinləri, 1990-cı il təvəllüdlü Cavid Nurəli oğlu Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Rövşən qızı Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə baş verən yanğın yoldan keçən şəxlərin müdaxiləsi ilə lokallaşdırılıb. Faktla bağlı araşdırmalara başlanıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR