Azərbaycanın Lənkəran rayonunda bədbəxt hadisə baş verib.
"Vətəninfo.az"ın məlumatına görə, hadisə avqustun 6-da saat 20.00 radələrində rayonun İstisu qəsəbəsində qeydə alınıb. Rayonun Girdəni kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Mirzəbala oğlu Həmidov bacısının fərdi həyətyanı sahəsində əl üsulu ilə quyu qazıb. Ona əmisi oğlu, İstisu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Samid Həsən oğlu Abdullayev köməklik göstərib. Quyunun 6 metr 60 santimetr dərinliyində qəfildən qaz püskürüb və T. Həmidov hadisə yerindəcə dünyasını dəyişib. S. Abdullayev isə zəhərlənmə diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR