Ölənlərin sayı 100-ə çatdı - Hələbdəki partlayışda
Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
"Suriya mülki müdafiə” qeyri-hökumət təşkilatının məlumatına əsasən, hadisə nəticəsində 55 nəfər yaralanıb.
Hadisə şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyəedilən insanları daşıyan avtobusların yanında törədilib. Məlumata görə, terroçu-kamikadze avtomobilini avtobusların yanında partladıb.
Ölənlər arasında xeyli sayda qadın və uşaq var.
Miq.Az