Londonda terror həyəcanı verildi

Londonda terror həyəcanı verildi
Mançester şəhərindəki terror hücumu ilə sarsılan İngiltərədə bu dəfə paytaxt Londonda terror həyəcanı verilib.

Publika.az xəbər verir ki, bu haqda "Röyters” agentliyi paytaxt polisinə istinadən bildirib.
"Victoria Coach” metro stansiyası yaxınlığında şübhəli paketin tapılmasından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Bukinhem sarayına gedən yollar bağlanıb.
Xatırladaq ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
Terror aktının kamikadze tərəfindən törədildiyi dəqiqləşib. İŞİD terror təşkilatının döyüşçüləri terror aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər. İraqın internet-portalı "Axbar İraq" xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yerləşdirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az