Vətəninfo.az xəbər verir ki, dünən səhər saatlarında “Lukoil” yanacaqdoldurma məntəqəsinə hücum edən və 5400 manat oğurlayan maskalı şəxlər həbs olunub. “Qafqazinfo”ya DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin xüsusi əməliyyatı nəticəsində Bakı sakinləri 24 yaşlı Əli Həsənli, 19 yaşlı Şamxal Məmmədov, 20 yaşlı Zaur Hüseynov, Ağsu sakini 22 yaşlı Mirəli Gəraylı, Bərdə sakini 25 yaşlı Sadiq Abbasov saxlanılıblar.
Qeyd edək ki, dəstə oğurluqdan əvvəl mağazadan “kapron” corab alaraq maska kimi istifadə edib. Daha sonra bıçaq, dəmir və taxta parçası və qohumlarından “Tofaş” markalı maşın götürərək yanacaq doldurma məntəqəsinə daxil olublar. Maşını YDM-dən bir qədər kənarda saxlayan maskalı şəxslər “zapravka”nın işçilərini yerə uzadaraq kassadan 5400 AZN pul götürüblər. İz saxlamamaq üçün dəstə üzvləri müşahidə kamerasının monitorunu da özləri ilə aparıblar.
Gənclərin dünənki “qəhrəmanlığı” bununla bitmir. Dəstənin başçısı hesab olunan Əli Həsənli qrup üzvləri arasında pulu bölüşdürəndən sonra daha bir oğurluğa əl atır. Hövsan qəsəbəsində Aynurə Bayramova adlı vətəndaşın evinə pəncərədən daxil olaraq, bıçaqla ev sahibəsini təhdid edərək ondan 220 AZN pul və qızıl-zinət əşyaları götürüb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR