Ölümcül xəstəliyə tutulan müğənni boşandı

Ölümcül xəstəliyə tutulan müğənni boşandı
 İki ildir ki, ailə qurmuşdu.
Müğənni Avril Lavin həyat yoldaşı Çad Kryuqerdən ayrılıb.
Vətəninfo.az xəbər verir ki, Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, iki ildir ailəli olan müğənni bu haqda İnstaqram hesabında məlumat verib.
 Qeyd edək ki, Avril Lavin ölümcül lyme xəstəliyindən əziyyət çəkir. Lyme (Borreliosis) - Ixodes ricinus növünə aid gənə dişləməsi ilə insana keçən Borrelia burgdorferi adlı bakteriyanın yol açdığı xəstəlikdir.
İlk əlaməti dəridə gənə dişlədiyi nahiyədə qızartının əmələ gəlməsidir. Hədəf orqanları dəri, mərkəzi sinir sistemi, göz və ürək ola bilər. Xəstəlik həm də oynaqlarda şişlik yaradır, hərəkət etməkdə çətinlik törədir.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az