Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baleti nümayiş etdiriləcək.
Vətəninfo.az-ın məlumatına görə, teatrdan AZƏRTAC-a bildirilib ki, ikipərdəli balet-tamaşanın süjeti Azərbaycanın tarixinə aid faktlar əsasında qurulub. Baletə Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib. Libretto müəllifi Əjdər Hacıyev, quruluşçu rəssamı Xalq Rəssamı Rafis İsmayılovdur.
Xalq Artisti, professor Yalçın Adıgözəlovun idarə edəcəyi baletdə Tomris rolunu Tamilla Məmmədzadə, Atr rolunu Timur Oduşev, Banu obrazını isə Səlminaz Mirzəyeva canlandıracaq.
Qeyd edək ki, Niyazi "Rast" simfonik muğamını 1949-cu ildə bəstələyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL