Maskalılar jurnalistin evinə basqın etdi - Bakıda

Maskalılar jurnalistin evinə basqın etdi - Bakıda

İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.

Miq.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən S. Bayramov bildirib ki, ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar. 

Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az