Mədəniyyət Nazirliyinə ssenari vermişdim, mənasını başa düşmədilər - Millət vəkili
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tariximiz, mədəniyyətimiz və bizim üçün unudulan bəzi yalançı konsepsiyalara yenidən baxmağın lazım olduğunu vurğulayıb.
Bakupost.az xəbər verir ki, o, parlamentin dekabrın 26-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, bu məsələlərə yalnız şifahi formada yox, ciddi addımlar atılmalı, bədii filmlər çəkilməlidir.
"Difai hərəkatı barədə filmin çəkilməsi üçün təxminən 12 əvvəl Mədəniyyət Nazirliyinə ssenari vermişdim. Deyəsən heç bunun mənasını da başa düşmədilər. Bilmədilər ki, difai nədir, fədai nədir və bu kimi film kimə lazımdır?!”, - deputat vurğulayıb.